“NİDA”nın 3 üzvü saxlanılıb
08 mart 2013 13:31 (UTC +04:00)

“NİDA”nın 3 üzvü saxlanılıb

Martın 7-də  “NİDA”  Vətəndaş Hərəkatının üzvləri Bəxtiyar Quliyev, Məhəmməd Əzizov  və Şahin Novruzov saxlanılıblar.

 

Hərəkatın İdarə Heyətinin üzvü Rəşad Həsənovun  “Azadlıq.tv”-yə verdiyi məlumata görə, Bəxtiyar Quliyevin evində yaşadığı mənzildə axtarış aparılıb, onlar evdən bir neçə içi maye ilə dolu butulka  və narkotik maddə tapdıqlarını bildiriblər.

 

R. Həsənovun məlumatına görə, B. Quliyevin valideynləri isə evdə əvvəllər həmin əşyaların olmadığını bildiriblər.

 

Təşkilatın digər üzvü Şahin Novruzovun evində axtarış Səbail Rayon Məhkəməsinin qərarı ilə aparılıb. Ş. Novruzovun da mənzilindən içi dolu butulkalar və narkotik tapıldığı bildirilib.

 

Məmməd Əzizovun da kirayədə yaşadığı mənzildə axtarış aparılıb.

 

Rəşad Həsənov həbsləri təşkilata qarşı təzyiq kimi dəyərləndirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1093
avatar

Oxşar yazılar