“Əməkdaşlıq Ukrayna və Azərbaycanın mövqelərini gücləndirəcək”
18 noyabr 2013 16:21 (UTC +04:00)

“Əməkdaşlıq Ukrayna və Azərbaycanın mövqelərini gücləndirəcək”

Ukrayna və Azərbaycanın enerji sahəsində qarşılıqlı əməkdaşlığı prioritet istiqamətlərdən biridir.


 

APA-nın xəbərinə görə, bu sözləri Ukrayna prezidenti Viktor Yanukoviç Ukrayna-Azərbaycan ikitərəfli danışıqlarının yekunları ilə bağlı mediaya açıqlamasında deyib. O bildirib ki, Ukrayna enerji növlərinin etibarlı tranzit ölkəsi, Azərbaycan isə etibarlı təchizatçısıdır: “Bizim ölkələrimiz karbohidrogen ehtiyatlarının Avropa istiqamətində nəqli məsələlərində birgə səylər üçün hər cür imkana malikdir”.

 

V. Yanukoviçin fikrincə, bu və digər məsələlərdə əməkdaşlıq iki dövlətin Xəzər-Qara dəniz regionunda mövqelərini gücləndirəcək.

 

Azərbaycan prezidenti İlham Əliyev isə bəyan edib ki, bu gün yanacaq-energetika kompleksində iki ölkənin fəal əməkdaşlığı üçün çox istiqamət var: “Azərbaycan enerji ehtiyatlarının istehsalçısı, Ukrayna isə istehlakçı və tranzit ölkə kimi bir çox dövlətin enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Enerji sahəsi də daxil olmaqla, Xəzər-Qara dəniz regionunda əməkdaşlıq bizim birgə fəaliyyətimizin nəticəsidir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 454
avatar

Oxşar yazılar