“Dağlıq Qarabağ münaqişəsinin həllini uşaqlarımıza və nəvələrimizə saxlamaq olmaz”
19 fevral 2013 19:06 (UTC +04:00)

“Dağlıq Qarabağ münaqişəsinin həllini uşaqlarımıza və nəvələrimizə saxlamaq olmaz”

 

“Serj Sarkisyanın ikinci müddətə Ermənistan prezidenti seçilməsi Rusiya-Ermənistan münasibətlərinin mütərəqqi inkişafını təmin edəcək və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə dair aparılan danışıqları bir vektorda saxlayacaq”.


 

 APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya Dövlət Dumasının MDB və həmvətənlərlə əlaqələr komitəsinin rəhbəri Leonid Slutski deyib.

 

“Dağlıq Qarabağ konfliktini bizim nəsil həll etməlidir, uşaqlarımıza və nəvələrimizə bu problemi saxlamaq olmaz. Tezliklə Dağlıq Qarabağ probleminin həllində ortaq məxrəc tapmaq üçün səyləri gücləndirmək lazımdır” - deyə Leonid Slutski bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 961
avatar

Oxşar yazılar