Hüquq-mühafizə orqanları bu qanunsuz cəhdin qarşısını alıb”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyib.
E. Sabiroğlu əsgər ölümlərinə qarşı etiraz aksiyası keçirənləri anaların göz yaşından istifadə etməkdə günahlandırıb: “Anaların, bacıların göz yaşından şəxsi məqsədlərlə istifadə etmək vicdanlı bir hərəkət deyil. Ordu haqqında bu gün kim ağlına nə gəlirsə danışır, kim nə istəyirsə deyir. Ordunu aşağılamaq olmaz!”
E. Sabiroğlu Müdafiə Nazirliyinin ordudakı hər ölüm faktına görə ciddi araşdırma apardığını və günahkarların cəzalandırıldığını bildirib: “Biz əsgərlərimizə laqeyd, biganə deyilik. Dövlətimiz və prezidentimiz orduya çox ciddi qayğı göstərir. Bu dövlət 15-20 il əvvəlki dövlət deyil. Ordumuz 20 ildir səngərdədir və döyüşür. Bu ordu ilə fəxr etmək lazımdır. Amma bəzi qüvvələr yalan informasiyalarla cəmiyyətlə ordu arasında qarşıdurma yaratmaq istəyirlər. Bunu lənətləyirik”.
E. Sabiroğlu sonda sual edib: “Bu aksiyanı keçirmək istəyənlər nə qazandılar, nə əldə etdilər? Mən hesab edirəm ki, bu gəncləri küçəyə çıxaranların niyyəti başqadır”.