“Bu, bütövlükdə məmurlara, dövlət qulluqçularına xəbərdarlıq idi”
16 fevral 2013 15:27 (UTC +04:00)

“Bu, bütövlükdə məmurlara, dövlət qulluqçularına xəbərdarlıq idi”

“Vəzifəsinin öhdəsindən gələ bilməyənlər, prezidentin etimadını itirən kadrlar barəsində qərarlar qəbul olunur”


 

“Bundan sonra da prezidentin etimadını doğrultmayan istənilən kadrla bağlı müvafiq qərar qəbul ediləcək”. 

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, prezident İlham Əliyev sonuncu müşavirədəki çıxışında respublikada həyata keçirilən quruculuq işləri, bütün sahələrdə gedən inkişafla yanaşı, bəzi sahələrdəki nöqsanları da qeyd edib:

“Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bir qisminin işini layiqincə yerinə yetirməməsi ilə bağlı prezident kəskin tənqidlər səsləndirdi. Düşünürəm ki, bütün dövlət qulluqçuları, mərkəzi və yerli icra orqanlarının rəhbərləri bu tənqiddən nəticələr çıxaracaqlar. Artıq bu istiqamətdə lazımi addımlar atılır, vəzifəsinin öhdəsindən gələ bilməyənlər, prezidentin etimadını itirmiş kadrlarla bağlı məlum qərarlar qəbul olunub.

 

Prezidentin etimadını doğrultmayanlar haqqında belə qərarların qəbulu bundan sonra da davam edəcək. Bu, bütövlükdə Azərbaycan məmurlarına, dövlət qulluqçularına xəbərdarlıq, prezident tərəfindən onların qarşısında qoyulmuş əsas vəzifələrin yerinə yetirilməsi istiqamətində onlara ünvanlanmış qətiyyətli tələb idi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3620
avatar

Oxşar yazılar