“Avropa enerji təhlükəsizliyində yeni dinamika: Azərbaycan və Türkiyənin rolu”
14 fevral 2013 12:14 (UTC +04:00)

“Avropa enerji təhlükəsizliyində yeni dinamika: Azərbaycan və Türkiyənin rolu”

0

ASAIF və NOS Londonda Enerji Forumu keçirib

 

Fevralın 13-də Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAIF) və Türk Tələbələrinin Şəbəkəsi Təşkilatının (NOS) birgə təşkilatçılığı ilə Böyük Britaniya Parlamentinin İcmalar Palatasında “Avropa enerji təhlükəsizliyində yeni dinamika: Azərbaycan və Türkiyənin rolu” adlı enerji forumu keçirilib.

 

ASİF-dən Lent.az-a verilən məlumata görə, Forumun keçirilməsində əsas məqsəd xüsusilə hazırda təhsil alan gənclərə gələcək işlərində faydalı və regionda baş verən siyasi proseslərin analizində yardımçı ola biləcək informasiyaların verilməsi, Azərbaycan və Türkiyənin Avropa üçün artan əhəmiyyəti, TANAP layihəsinin nəticələri və Avropa üçün əhəmiyyəti barədə tələbələrin məlumatlandırılması nəzərdə tutulub.

 

Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, SOCAR-ın London Ofisinin direktoru Rüfət Əfəndiyev və Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici Siyasət Məsələlərinin Təhlili Şöbəsinin müdiri Rövşən İbrahimov, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının yaradıcılarından biri və yeni hökumətin ilk xarici işlər naziri olmuş Yaşar Yakış,  Türkiyənin Böyük Britaniyadakı konsulu Ahmet Demirok, “Global Resources Corporation”-nun sədri Mehmet Öğütçü, britaniyalı deputat Eric Joyce və Britaniyada təhsil alan və məzun olan 250-dək azərbaycanlı və türkiyəli gənclər, 15-dən artıq müxtəlif ölkəni təmsil edən vətəndaşlar iştirak ediblər. ASAIF-in sədri Ramin Həkimov Forumun təşkilatçıları barədə məlumat verib. İki saat davam edən tədbirdə Avropanın enerji təhlükəsizliyi və diversifikasiya siyasəti, regionda baş verən geosiyasi proseslər, Xəzər hövzəsinin və xüsusilə Avropanın enerji təminatında Azərbaycanın ixracatçı və Türkiyənin tranzit rolunun önəmi, bu iki ölkənin enerji üzrə xarici siyasətləri, TANAP layihəsinin ərsəyə gətirilməsi, Azərbaycanın Qarabağ reallıqları və erməni işğalının Avropa enerji təhlükəsizliyinə və regiondakı sülh və stabilliyə olan mənfi təsirindən geniş şəkildə bəhs olunub. Panel spikerlərinin çıxışından sonra isə forum cavab-sual sessiyası ilə başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 730

Oxşar yazılar