“ATƏT-in Minsk Qrupuna nə ehtiyac vardı ?”
06 iyul 2013 12:48 (UTC +04:00)

“ATƏT-in Minsk Qrupuna nə ehtiyac vardı ?”

Əgər Azərbaycanla Ermənistan münaqişəni özü həll edəcəkdisə, ATƏT-in Minsk Qrupuna nə ehtiyac vardı?”


 

ATƏT Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tərəflərə bir sıra təkliflər təqdim ediblər. Bu barədə APA – ya açıqlamasında ATƏT Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse spikeri Bahar Muradova bildirib.

 

O qeyd edib ki, edilən təkliflər Ermənistanın işğal etdiyi torpaqları azad etməsi ilə bağlı BMT – nin 4 qətnaməsi ilə uyğun gəlmir: “İrəli sürülən təkliflər iqtisadi əlaqələrin yaradılması, inam və etimad doğuran tədbirlərin həyata keçirilməsi, qoşunların təmas xəttindəki snayperlərin geri çəkilməsi, Azərbaycan və Ermənistan prezidentlərinin qarşılıqlı kompromisə gələrək münaqişənin birdəfəlik həlli ilə bağlı bir variant üzərində dayanmasıdır. Lakin BMT-nin 4 qətnaməsi və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər, beynəlxalq hüquq normaları tələb edir ki, Ermənistan ilk əvvəl işğal etdiyi torpaqları azad etməli, qaçqın və köçkünlər öz yurdlarına qayıtmalıdır. Bundan sonra hansısa əlaqələrdən danışmaq olar. Amma indi onlar yuxarıda sadaladığım belə bir təkliflə çıxış edirlər. Əgər Azərbaycanla Ermənistan özləri münaqişəni belə həll edəcəkdisə, o zaman ATƏT-in Minsk Qrupuna nə ehtiyac vardı? Əgər Minsk Qrupu bu münaqişənin həllinə çalışırsa, ilk növbədə qəbul etdiyi sənədə və BMT-nin qətnamələrinə əsaslanmalıdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 529
avatar

Oxşar yazılar