Həbsdə olan “nidaçılar” aclıq aksiyasını dayandırmaları barədə bəyanat yayıblar.
APA-nın xəbərinə görə, onlar bildiriblər ki, aksiyanı azadlığa buraxılmaları tələbi ilə keçiriblər.
Bu gün isə məhkəmənin onlarla bağlı hökmündən sonra aksiyanı dayandırmağa qərar veriblər.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının üzvləri və Azad Gənclik Hərəkatı üzvünün cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Təqsirləndirilənlərdən Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.