"İşğaldan öncə və sonra Qarabağda üç nəsil, bir soyqırım"
25 fevral 2015 10:39 (UTC +04:00)

"İşğaldan öncə və sonra Qarabağda üç nəsil, bir soyqırım"

Fevralın 24-də Türkiyə Böyük Millət Məclisi Mustafa Necati Mədəniyyət Evində Strateji Araşdırmalar Mərkəzinin  (TÜRKSAM) təşkilatçılığı ilə Ankarada “İşğaldan öncə və sonra Qarabağda üç nəsil, bir soyqırım”  adlı sərginin açılışı olub.

 

Azərbaycanın Türkiyədəki səfirliyindən Lent.az-a verilən məlumata görə,  sərginin rəsmi açılış mərasimini həyata keçirən Türkiyə Böyük Millət Məclisinin sədr müavini və Milliyətçi Hərəkət Partiyasının millət vəkili  Meral Akşənər və Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar sərginin xatirə kitabında Azərbaycan xalqına həmrəyliyini nümayiş etdirən ürək sözlərini yazıblar.

 

Sərgidə Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik ərazilərinin təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmazdan əvvəl və işğaldan sonrakı vəziyyətini əks etdirən foto stendlər qurulub, digər əyani vəsaitlər sərgilənib. İştirakçılara Azərbaycan həqiqətlərinə dair kitab və  jurnallar paylanılıb. Sərgidə Ermənistanın hərbi  təcavüzü nəticəsində həyatını itirən, əsirlikdə olan, işğalçı tərəfin işgəncələrini və digər məşəqqətlər  yaşayan soydaşlarımızın şəxsi əşyaları, geyimlərindən nümunələr də nümayiş etdirilib.  

 

 

Tədbirdə TÜRKSAM-ın rəhbəri və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun üzvü Sinan Oğan, millət vəkili Elman Məmmədov, AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Xocalı sakinləri Rahilə Quliyeva və Ramiz Qəhrəmanov, Səfirliyin əməkdaşları, elm, təhsil  və mədəniyyət xadimləri iştirak ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 120
avatar

Oxşar yazılar