Bakıda Rouz-Rout seminarı keçirilir
16 iyun 2014 10:32 (UTC +04:00)

Bakıda Rouz-Rout seminarı keçirilir

Bu gün Bakda NATO Parlament Assambleyasının 86-cı Rouz-Rout seminarı başlayıb. “Cənubi Qafqaz: çağırışlar və imkanlar” mövzusunda keçirilən seminara NATO PA prezidenti Hu Beylin də qatılıb.

 

Tədbirdə 28 üzv ölkə, eyni zamanda assosiasiya olunan tərəfdaş ölkələr iştirak edir.

 

Seminarda həmçinin Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Milli Məclisin birinci vitse-spikeri, Azərbaycanın NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov, həmçinin deputatlar iştirak edirlər.

 

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusunda çıxış edəcək.

 

İki gün keçiriləcək seminarda regionda baş verən proseslər müzakirə olunacaq. 

 

Tədbirdə Ermənistan parlamentinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan və “İrs” fraksiyasının katibi Tevan Poqosyan da istirak edirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 819
avatar

Mübariz Aslanov

Oxşar yazılar