Həmsədrlər Minsk Qrupu ölkələrini məlumatlandırdılar
09 aprel 2013 15:59 (UTC +04:00)

Həmsədrlər Minsk Qrupu ölkələrini məlumatlandırdılar

 

ATƏT-in Minsk Qrupunun həmsədrləri Vyanada Minsk Qrupu ölkələrinin səfirlərini Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin gedişi barədə məlumatlandırıblar.


 

APA-nın xəbərinə görə, bu barədə həmsədrlərin bu gün yaydığı birgə bəyanatda bildirilir.

 

Xatırladaq ki, həmsədrlər İqor Popov, İan Kelli, Jak For və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik 18-22 mart və 1-6 aprel tarixlərində regiona səfər ediblər. Vasitəçilər martın 21-də İrəvanda Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. Onlar aprelin 2-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçiriblər. Həmsədrlər martın 19-20-də və aprelin 4-5-də Dağlıq Qarabağda separatçı rejimin rəhbərliyi ilə də görüşüblər.

# 543
avatar

Oxşar yazılar