Türkiyədə zəlzələ nəticəsində həlak olan Lida Qocayevanın nəşi bu gün saat 12:50-də Bakı-Ankara reysi ilə Azərbaycana gətiriləcək.
Lent.az bildirir ki, bu barədə APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə məlumat verib.
Təyyarənin saat 16:20-də Bakıya eniş edəcəyi gözlənilir.
Qeyd edək ki, fevralın 16-sı gecə saatlarında Malatyada həlak olan tələbələrimizin də nəşi Azərbaycana gətirilib.