Şuşa yaxınlığında erməni separatçılarla atışma olub, üç terrorçu məhv edilib
05 mart 2023 14:04 (UTC +04:00)

Şuşa yaxınlığında erməni separatçılarla atışma olub, üç terrorçu məhv edilib

Bu gün səhər saatlarında Azərbaycan hərbçiləri Şuşa rayonunun Xəlfəli kəndi ərazisində Qarabağdakı separatçı tör-töküntülərinin təxribatının qarşısını alıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, erməni separatçıların Laçın yoluna alternativ olan Xəlfəli yolu (torpaq yol) ilə Ermənistandan Xankəndinə silah-sursat daşınmasının davam etdirildiyi barədə bir müddətdir siqnallar daxil olub.

Bu gün səhər saatlarında da bu barədə əməliyyat məlumatları alan Azərbaycan hərbçiləri ərazidə yoxlama aparmaq üçün Xəlfəli yoluna çıxıb. Əməliyyatçılarımız yolla hərəkət edən erməni maşınını saxlamaq istəyərkən avtomobildən onlara atəş açılıb.
Cavab atəşi ilə düşmən zərərsizləşdirilib.

Ermənistan mətbuatı Polkovnik-leytenant, mayor və leytenant rütbəli üç separatçının öldürüldüyü, bir nəfərin yaralandığı barədə məlumat yayıb.

# 3771
avatar

Oxşar yazılar