SSRİ dağılandan sonra Qorbaçovla Yeltsin nəyə görə mübahisə edib?
05 dekabr 2021 18:11 (UTC +04:00)

SSRİ dağılandan sonra Qorbaçovla Yeltsin nəyə görə mübahisə edib?

Sovet İttifaqının keçmiş rəhbəri Mixail Qorbaçovla Rusiyanın eks-prezidenti Boris Yeltsin arasında Belovejski sazişinin imzalanmasından sonra baş verən mübahisə məlum olub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Nailə Əsgərzadənin “İttifaqsız 30 il” filmində danışıb.

Nazarbayev xatırladıb ki, o, Yeltsinin Belovejskiyə səfər etmək və Sovet İttifaqının dağılması ilə bağlı müqavilə imzalamaq dəvətini alıb, lakin bunu rədd edib. Əvəzində o, ertəsi gün Moskvaya gəlib və orada Qorbaçovla görüşməyə cəhd edib.

“Səhər təyin olunmuş vaxtda gəldim, oturduq, danışdıq, bir azdan Yeltsin içəri girdi. Qorbaçov dedi: “Siz nə etmisiniz? Siz nə irtəyirsiniz? Nüvə silahlarının taleyi necə olacaq? Birləşmiş silahlı qüvvələrin taleyi necə olacaq?"

Yeltsin yerindən sıçradı və dedi: "Mənim üçün dindirmə təşkil edirsən?" 

“Dindirmə təşkil etmirəm, soruşuram, cavab verin", - Qorbaçov vurğulayıb. 

Yeltsin, "Mən sizə cavab vermək fikrində deyiləm”, - deyib.

Bundan sonra Qazaxıstanın keçmiş liderinin sözlərinə görə, Qorbaçov Yeltsinə xatırladıb ki, o, hələ də Sovet İttifaqının rəhbəridir.

Yeltsin bununla razılaşıb, lakin sonra elan edib ki, tezliklə Qorbaçovun kreslosuna məhz o oturacaq. "Sonra yüksək tonlarda atışma oldu, söyüşdülər", - Nazarbayev əlavə edib.
 

# 5181
avatar

Oxşar yazılar