Qərbi Azərbaycana Qayıdış Konsepsiyası qəbul edilib.
Lent.az xəbər verir ki, Qərbi Azərbaycan İcmasının Müşahidə Şurası konsepsiyanı müzakirə edərək təsdiqləyib.
Qeyd edək ki, Qayıdış Konsepsiyasının hazırlanması məqsədilə silsilə tədbirlər, fərdi və qrup halında mütəxəssislərlə görüşlər təşkil olunub. Müzakirələr zamanı yüzlərlə təklif irəli sürülüb, İcmanın Konsepsiyanın hazırlanması ilə bağlı elektron poçtuna çoxsaylı təkliflər daxil olub. Bütün təkliflər İşçi Qrupunda sistemləşdirilib, təhlil edilərək ümumiləşdirilib.