Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Qərb ölkələrini Ukraynanı daha çox silahla təmin etməyə çağırıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o bildirib ki, hərbi yardım ukraynalılara müharibədə qalib gəlməyə kömək edəcək və bu, "Qərbin təhlükəsizliyi üçün həlledici olacaq".
“Əgər biz Putini Ukraynadan çıxara bilməsək, ukraynalılar uduzsa, o zaman bütün Avro-Atlantik təhlükəsizlik zonası, ABŞ üçün təhlükə daha ciddi olacaq”, - siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna daha çox tank və uzaq mənzilli artilleriya ilə təmin etməlidir. Eyni zamanda o bildirib ki, ABŞ və Böyük Britaniya F-16 təyyarələrini Ukrayna Silahlı Qüvvələrinə təhvil verməlidir, çünki bu təyyarə bir il əvvəl göndərilsəydi, o zaman Ukrayna hərbi əməliyyatların sonuna daha çox yaxın olardı.
"Əgər bu gec və ya tez baş verərsə - seçimdirsə - o zaman gəlin onlara lazım olanı daha tez verək, çünki bu, humanist və mərhəmətlidir", - Conson deyib.