Putin Kim Çen Ina silah və əsgərlər üçün  pul ödəyib – Məbləğ AÇIQLANDI
18 dekabr 2024 17:23 (UTC +04:00)

Putin Kim Çen Ina silah və əsgərlər üçün pul ödəyib – Məbləğ AÇIQLANDI

Rusiya silah və Şimali Koreya əsgərlərinə görə 6 milyard dollara qədər vəsait xərcləyib.

Lent.az bildirir ki, bu barədə “The New York Times” Seul Hanquk Xarici Araşdırmalar İnstitutunun məlumatlarına istinadən xəbər verir.

Analitiklərin hesablamalarına görə, KXDR-in Rusiyaya tədarük etdiyi silahların dəyəri 1,72 milyard dollardan 5,5 milyard dollara qədərdir. Ödəniş həm nağd, həm də barter – neft və ərzaqla keçirilib.

Pxenyan silahlardan əlavə, əsgər göndərdiyi üçün ödəniş də alır. Araşdırmaya görə, minimal hesablamalarla belə, Kim Çen In Rusiya tərəfində 5-20 min Şimali Koreya hərbçisinin hərbi əməliyyatlarda iştirakına görə ildə 143-572 milyon dollar qazana bilər.

Qərb və Ukrayna kəşfiyyatı artıq Kursk vilayətinə 11 minə yaxın Şimali Koreya əsgərinin gəldiyini bildirir. Bu o deməkdir ki, Kim Çen In ilk qoşun kontingentinə görə təxminən 315 milyon dollar alıb.

Bundan əvvəl məlum olub ki, Rusiya döyüş bölgəsində Rusiya qüvvələrinə dəstək üçün KXDR tərəfindən ayrılan əsgərlər müqabilində Şimali Koreyaya MiQ-29 və Su-27 qırıcılarını təhvil verməyi planlaşdırır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 807
avatar

Oxşar yazılar