Azərbaycan Respublikasının Pakistandakı səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Müslim İnstitutu ilə birgə Pakistanda Azərbaycanın Zəfər Gününə həsr olunan fləşmoblar keçirib.
Bu barədə Lent.az-a Azərbaycanın Pakistandakı səfirliyindən bildirilib.
Qeyd olunub ki, fləşmoblarda “Qarabağ Azərbaycandır”, “Azərbaycanın Zəfər Günü” şuarları, həmçinin Azərbaycan – Pakistan – Türkiyə bayraqları, eləcə də Qarabağın simvolu olan xarı bülbül çiçəyi əks olunub.
Fləşmoblarda 800-dən artıq pakistanlı iştirak edib.