Molla rejiminin propaqanda ruporu “Səhər” kanalı yenə zəhər saçır
07 yanvar 2026 12:48 (UTC +04:00)

Molla rejiminin propaqanda ruporu “Səhər” kanalı yenə zəhər saçır

0

Xəbər verdiyimiz kimi, İranda molla rejiminə qarşı etiraz aksiyaları davam edir. Artıq 11-ci gündür ki, paytaxt Tehran da daxil olmaqla İranın bütün şəhərlərini etiraz dalğası bürüyüb. Molla rejiminin repressiyalarından, cəhalət və səfalətdən tənə gələn xalq küçələrə axışaraq azadlıq tələb edir. Düzdür, bu tələb xalqa baha başa gəlir. Kütləvi etirazları qəbul etmək istəməyən molla rejimi onlara qarşı çox amansız davranır. Aksiyalar başlayandan bu günə qədər 30-dan çox etirazçı rejim tərəfindən öldürülüb, minlərlə insan həbs olunub. Lakin bütün bunlar xalqın azadlıq tələbini boğa bilmir və etirazların əhatə dairəsi hər gün genişlənir.  

İranda baş verən etirazlar və bu etirazlara qarşı olan zorakılıqlar ölkənin heç bir media qurumunda, televiziyasında yayımlanmır. Dünya ictimaiyyəti İranda baş verənləri yalnız sosial şəbəkələrdən izləyir. 

"Səhər" kanalı susur...

Azərbaycanda ötən illərdə baş tutmayan aksiya cəhdlərini "İnqilab Dalğası" kimi təqdim edən "Səhər" kanalı 11 gündür ölkəsinin bütün şəhərlərini bürüyən kütləvi etirazları niyə işıqlandırmır?

Azərbaycanda bir nəfərin burnu qanayan kimi onu xüsusi buraxılışla efirə verən "Səhər" televiziyası molla rejimi tərəfindən öldürülən etirazçılardan niyə danışmır?

Azərbaycanda təxribat törətdikləri üçün həbs edilən “ruhanilər”ə azadlıq tələb edən “Səhər” kanalı İranda günahsız yerə həbs olunan minlərlə insanın taleyi ilə niyə maraqlanmır?

Çünki bu kanal molla rejiminin propaqanda ruporudur!

Bəli, SEPAH tərəfindən idarə olunan “Səhər” kanalını daha yaxından tanıyaq...

İranın fars-molla rejimi guya əsarətində saxladığı cənublu soydaşlarımızı "düşünərək" Azərbaycan dilində dövlət kanalı təsis ediblər. Lakin bu kanal Azərbaycan dövlətinin əleyhinə təbliğat aparmaq, beyinləri zəhərləməklə məşğuldur. Hətta cənublu soydaşlarımız öz aralarında “Səhər” televiziyasını “Zəhər televiziyası” da adlandırırlar. Çünki bu telekanal Azərbaycan dövlətini, xalqını və dövlətçiliyini tamamilə sistemli şəkildə hədəf alıb. Bu telekanalın yaradılmasının əsas məqsədi məhz bundan ibarətdir. 

Cənubi Azərbaycanın əhalisinin 95 faizi Azərbaycan türklərindən ibarətdir. Baxmayaraq ki, İranda 30 milyondan çox azərbaycanlı yaşayır, ancaq bu ölkədə fəaliyyət göstərən hər hansı televiziyanın efirində Azərbaycan dilində yayımlanan bir veriliş belə yoxdur. SEPAH tərəfindən idarə olunan “Səhər” telekanalının efirində isə Azərbaycan dövlətinin və dövlətçiliyinin əleyhinə yönələn Azərbaycan dilində verilişlər yayımlanır.

Fars-molla rejimi bunları görə-görə susursa, heç bir tədbir görmürsə, demək ki, Azərbaycana qarşı aparılan propaqandanın ruporu elə o özüdür!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3783

Oxşar yazılar