Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya gəlib.
Lent.az xəbər verir ki, o, fevralın 27-28-də Azərbaycanda rəsmi səfərdə olacaq.
Sergey Lavrovu səfər zamanı Prezident İlham Əliyevшт qəbul edəcəyi gözlənilir. Onun xarici işlər naziri Ceyhun Bayramovla danışıqları da nəzərdə tutulub. Danışıqlarda müttəfiqlik münasibətlərinin mütərəqqi inkişafı üçün qarşılıqlı meyllərə əsaslanan ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin hərtərəfli müzakirəsi, regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.
“Sergey Lavrov “XXI əsrdə Rusiya-Azərbaycan münasibətləri: regional təhlükəsizlik kontekstində strateji tərəfdaşlıq” tematik konfransında da iştirak edəcək.