“Hüseyniyyun” terror qruplaşmasının lideri Tohid İbrahimbəyli (Farslaşdırmaq üçün soyadını İbrahimi olaraq dəyişdirib) Məlik Əştar Bəsic festivalında təltif edilib.
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, BƏSİC müqavimət qüvvələrinin komandanı Pasdar Süleymani hədiyyəsini Tohid İbrahimbəyliyə şəxsən təqdim edib.
Qeyd edək ki, Tohid İbrahimbəyli terrorçuluq cinayətlərinə görə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır.