Bu gün “Ana Vətən” Partiyasının IX qurultayı keçirilib.
Partiyadan Lent.az-a verilən xəbərə görə, AVP sədri Fəzail Ağamalı Qurultayın işinə uğurlar arzulayıb, 2020-ci ildən - 2025-ci ilin sonunadək daxil olmaqla keçən dövr ərzində partiyanın fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib.
Daha sonra gündəlikdə duran məsələlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.
Partiya sədrinin müavini, Milli Məclisin deputatı Günay Ağamalı AVP sədri seçilib.
Ömər Hüseynli partiya sədrinin müavini, həmçinin İdarə Heyətinin, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvləri seçilib.
Nizamnamədə bir sıra dəyişikliklər edilib.