Ermənistan tərəfin daha bir məlumatı təkzib edildi -  RƏSMİ
22 noyabr 2021 19:25 (UTC +04:00)

Ermənistan tərəfin daha bir məlumatı təkzib edildi - RƏSMİ

Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən bölmələri tərəfindən guya atəş açılması nəticəsində bir erməni hərbiçisinin yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.

Bu barədə Lent.az-a Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəş açılmayıb, sakitlikdir", - məlumatda qeyd olunur.

 

 

# 2700
avatar

Oxşar yazılar