Ermənistan bölmələri Zəngilanda DSX-nın mövqelərini atəşə tutub, bir hərbçi yaralanıb
20 mart 2023 09:20 (UTC +04:00)

Ermənistan bölmələri Zəngilanda DSX-nın mövqelərini atəşə tutub, bir hərbçi yaralanıb

Mart ayının 20-də saat 02:50-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin bölmələri, Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Ağbaşyurd yüksəkliyində yerləşən mövqelərini atəşə tutmuşdur.

DSX-dan Lent.az-a verilən məlumata görə, təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu kiçik çavuş Manafov Ramin Sübhi oğlu qarşı tərəfdən açılmış atəş nəticəsində yaralanmışdır.

Hərbi qulluqçu ixtisaslaşmış tibb müəssisəsinə təxliyyə edilərək əməliyyat olunmuş, həyatı təhlükəsi yoxdur.

Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin tam nəzarəti altındadır.

Dövlət Sərhəd Xidməti bu hadisəni Ermənistan tərəfinin növbəti təxribatı kimi dəyərləndirir və buna görə məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2712
avatar

Oxşar yazılar