Əliməmməd Nuriyev  deputatlığa namizədliyini geri götürür
30 iyul 2024 18:03 (UTC +04:00)

Əliməmməd Nuriyev deputatlığa namizədliyini geri götürür

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri və “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deputatlığa namizədliyini geri götürməyə qərar verib.

Lent.az-ın xəbərinə görə, Əliməmməd Nuriyev sentyabrın 1-də keçiriləcək VII çağırış Milli Məclis seçkilərində 75 saylı Yardımlı-Masallı seçki dairəsindən namizədliyini irəli sürüb.

Ancaq namizədliyinin təsdiqlənməsinə və imza vərəqələrinin verilməsinə baxmayaraq, hələ də doldurulmuş imza vərəqələrini 75 saylı Yardımlı-Masallı Dairə Seçki Komissiyasına təqdim etməyib.

Lent.az-ın əldə etdiyi məlumata görə, Əliməmməd Nuriyev deputatlığa namizədliyini geri götürməyə qərar verib və bununla bağlı bu günlərdə 75 saylı Yardımlı-Masallı Dairə Seçki Komissiyasına ərizə yazacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543
avatar

Oxşar yazılar