Yayın ortasında "qış yaşamaq" insana necə təsir edir? - HƏKİM AÇIQLADI
30 iyul 2024 15:37 (UTC +04:00)

Yayın ortasında "qış yaşamaq" insana necə təsir edir? - HƏKİM AÇIQLADI

Hazırda yay fəslində olmağımıza baxmayaraq son günlərdə hava kəskin şəkildə soyuyub. Elə məhz bu səbəbdən insanlarda soyuqdəymə, qrip kimi xəstəliklər müşahidə olunur.  

Maraqlıdır, görəsən, bu cür havalarda hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı həkim Adil Qeybulla Lent.az-a açıqlamasında bildirib ki, havaların soyuması insan orqanizminə mənfi təsir edir.

Onun sözlərinə görə, bu gün qlobal iqlim dəyişikliyinin nəticələrini artıq hiss edilir:

"Bu həqiqətən də çox ciddi məsələdir. Bu gün dünyanın tanınmış alimləri bu məsələ ilə bağlı ciddi çağırışlar edir. Əsrlər boyu yağış görməyən ərazilərə bu il daim yağış yağır. Əlbəttə ki, bu cür iqlim dəyişikliyi də birbaşa insanlara təsir edir. Soyuqdəymələrin çoxu məhz elə bu səbəbdən yaranır. Soyuqdəyməsi olan şəxslər evdən bayıra çıxmamalıdır. Əks təqdirdə, bu cür hallar xəstəliyin daha da ağırlaşmasına və insanlar arasında yayılmasına səbəb olur. Bir neçə il öncə bəşərriyyəti lərzəyə salan COVİD-19 pandemiyasının özü də iqlim dəyişikliyi ilə bağlı hadisədir. Gələcəkdə isə bizim hansı hadisələrlə üz-üzə qalacağımız ciddi məsələdir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2952
avatar

Arzu Qurbanlı

Oxşar yazılar