“WhatsApp”dan YENİ FUNKSİYA:  istifadəçilərin həyatını asanlaşdıracaq
30 iyul 2024 18:55 (UTC +04:00)

“WhatsApp”dan YENİ FUNKSİYA: istifadəçilərin həyatını asanlaşdıracaq

“WhatsApp” istifadəçilərə internet bağlantısı olmadan faylları bir-biri ilə paylaşmağa imkan verəcək funksiyanı işə salacaq.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, “WhatsApp” uzun müddətdir ki, istifadəçilərə “Apple” şirkətinin “AirDrop” proqramında olduğu kimi internet bağlantısı olmadan faylları paylaşmağa imkan verən funksiya hazırlayır. 

“iOS” üçün “WhatsApp”ın ən son beta versiyasına “Yaxınlıqda Paylaş” funksiyası əlavə edilib. Bu funksiya ilə istifadəçilər başdan sona şifrələmədən istifadə edərək yaxınlıqdakı insanlarla simsiz şəkildə foto, video və sənədlər paylaşa biləcəklər. Lakin “iOS”un xüsusiyyətinə görə bu funksiya “iPhone” istifadəçiləri üçün bir qədər fərqli işləyəcək.

Yaxınlıqdakı cihazları avtomatik aşkarlaya bilən “WhatsApp”ın Android versiyasından fərqli olaraq, “iPhone” istifadəçiləri faylları paylaşmağa başlamaq üçün QR kodu skan etməli olacaqlar.

"Yaxınlıqda Paylaşım" funksiyasının gözəl xüsusiyyəti iOS və Android cihazları arasında fayl mübadiləsi imkanıdır ki, bu da müxtəlif platformaların istifadəçiləri arasında məlumatların ötürülməsini xeyli asanlaşdıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570
avatar

Arzu Qurbanlı

Oxşar yazılar