40 saat  okeanda: cütlük xilas olundu
30 iyul 2024 19:47 (UTC +04:00)

40 saat okeanda: cütlük xilas olundu

ABŞ-da bir cütlük okeanda 40 saat qaldıqdan sonra xilas edilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, dalğıc olan Kim və Nathan Maker Texas sahillərində suya düşərkən güclü külək onları daha dərinliklərə aparıb. Cütlük beləcə xilas olunmağı gözləyərək, 40 saat suda qalıb. Onlar müsbət nəticəyə ümid etmədiklərini etiraf edərək, baş verənləri möcüzə adlandırıblar.

Sahil mühafizəsi dalğıcları tapmaq üçün okeanda min kvadrat kilometrdən çox ərazidə axtarış apardığını bildirib. Mütəxəssislərin fikrincə, bu, təxminən ot tayasında iynə axtarmaqla eyni olub.

Xilas olunduqdan sonra cütlük xəstəxanaya çatdırılıb. Kimin üzünün aşağı hissəsində şiddətli günəş yanığı olub və hazırda müalicə edir. Ancaq cütlük deyir ki, bu təcrübə nə qədər dəhşətli olsa da, onların bir daha suya dalmasına mane olmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4359
avatar

Oxşar yazılar