Rusiyanın paytaxtı Moskvada yaşlı ana və oğlunun meyitləri tapılıb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Akademik Semenov küçəsində
baş verib.
İlkin versiyaya görə, əvvəlcə 73 yaşlı kişi ölüb, yataq xəstəsi 96 yaşlı anası isə təcili yardım çağıra bilməyib və dərin emosional sarsıntı nəticəsində ölüb.
Məlum olub ki, ailə maddi problemlər səbəbindən evə təxminən 4 il əvvəl Sokolniki rayonundan köçüb. Məlumata görə, onlar təxminən 2 həftə əvvəl ölüblər.
Hazırda araşdırma aparılır.