Seksual idmançı Olimpiadadakı uğursuzluqdan sonra şoka düşdü:  20 yaşında karyerasını  bitirdi
30 iyul 2024 17:08 (UTC +04:00)

Seksual idmançı Olimpiadadakı uğursuzluqdan sonra şoka düşdü: 20 yaşında karyerasını bitirdi

Gənc paraqvaylı üzgüçü Luana Alonso Paris Olimpiadasındakı uğursuzluqdan sonra qərarı ilə dünyanı şoka salıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, iyulun 27-də Alonso 100 metr batterflyayda yarımfinala vəsiqə qazana bilməyib, bundan sonra o, karyerasının başa vurmaq qərarına gəlib.

Luananın cəmi 20 yaşı var və uğursuzluq açıq şəkildə ona ağır zərbə vurub və onun sağ ayağında Olimpiya simvolunun döyməsinin olması Parisdəki çıxışın onun üçün nə qədər böyük əhəmiyyətli olduğunu göstərir.

Alonso “Instagram”da yazıb: "İndi rəsmidir! Üzgüçülük idmanını tərk edirəm, dəstəyinizə görə hamınıza çox sağ olun! Üzr istəyirəm, Paraqvay, sənə sadəcə təşəkkür etməliyəm".

Alonso Paraqvayda bir neçə milli rekorda sahibdir. O, keçən il “Westmont Pro Swim Series”də ilk dəfə 100 metrlik məsafəni sərbəst üsulla bir dəqiqədən az müddətə üzüb, lakin Parisdə uğursuz olub.



 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3357
avatar

Oxşar yazılar