Dünyanın ən məşhur  geyim və ayaqqabıları
30 iyul 2024 11:04 (UTC +04:00)

Dünyanın ən məşhur geyim və ayaqqabıları

Dünyanın ən məşhur geyim və ayaqqabıları məlum olub.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, moda dünyasında istehlakçı davranışının təhlili ilə məşğul olan Lyst platformasının mütəxəssisləri 2024-cü ilin ikinci rübündə dünyada ən populyar geyim, ayaqqabı və aksesuarları açıqlayıblar. 

Siyahıda birinci yeri “Loewe x On Cloudtilt” idman ayaqqabısı tutub.

İkinci yeri “Adidas SL 72 OG Shoes” ayaqqabıları tutub.

İlk beşliyə həmçinin “Casablanca” brendindən trikotaj köynək və toxunmuş dəri “Dragon Diffusion Santa Croce Big” markalı çantası daxildir.

Bundan əlavə, moda əşyaları siyahısına “Dries Van Noten” idman ayaqqabısı və “Prada Symbole” günəş eynəyi də daxil idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3579
avatar

Arzu Qurbanlı

Oxşar yazılar