40 ildir qalibləri  təxmin edir: Ekspert növbəti ABŞ prezidentinin  adını çəkdi
30 iyul 2024 13:53 (UTC +04:00)

40 ildir qalibləri təxmin edir: Ekspert növbəti ABŞ prezidentinin adını çəkdi

Allan Lihtmanın qalibi müəyyən etmək üçün 13 parametrə əsaslanan öz mürəkkəb qalib müəyyənləşdirmə formulu var.

Hazırda Kamala Harrisin ABŞ-da noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlmək şansı Donald Trampdan daha çoxdur. 

Lent.az bildirir ki, “Fox News”in  xəbərinə görə, 1984-cü ildən bəri ABŞ-da demək olar bütün prezident yarışlarının qalibini düzgün proqnozlaşdıran amerikalı siyasi analitik Allan Lihtman bu fikirdədir.

Lihtman Ağ evdə oturmağa namizədləri 13 əsas parametr əsasında qiymətləndirir. Bunlara, xüsusən, öz partiyasının (demokratlar və ya respublikaçılar) iqtisadi və beynəlxalq siyasətdəki uğurları və uğursuzluqları, namizədin şəxsi xarizmasının olması, təmiz reputasiyası və s. daxildir.

Lihtmanın proqnozuna görə, ehtimal namizədi Kamala Harris olan Demokratlar indiyədək 13 xaldan 6-nı qazanıblar ki, bu da adətən namizədin qalib gəlməsi üçün kifayət edir. Amma respublikaçı namizəd cəmi üç xala malikdir.

Bununla belə, Lihtman hələ qiymətləndirməsini tamamlamayıb, çünki Kamala Harrisin demokratların namizəd kimi rəsmi elan edilməsindən sonra o, namizədləri daha dörd nöqtədə yoxlayacaq.

Lihtmanın hesablamalarına görə, demokratlar bu dörd xaldan üçündə qalib gəlməsələr, seçkiləri uduzacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3780
avatar

Oxşar yazılar