Bu cinslərə aid itlər adətən digərləri ilə müqayisədə daha az və daha sakit hürürlər. Hürmək itlərin təbii ünsiyyət formasıdır. Lakin bəzi cinslər digərlərindən daha “danışqan” olur. Elə it cinsləri də var ki, demək olar, hürmür.
Lent.az bu 6 it cinsini təqdim edir:
Bununla belə, müəyyən bir it cinsinin seçilməsi tam sakitliyə zəmanət vermir. Hər itin özünəməxsus xarakteri, tərbiyəsi və yaşadığı mühit var. Cins itin nə qədər hürəcəyinə təsir edən amillərdən yalnız biridir. Amma adətən digərlərindən daha sakit olan cinslərə diqqət yetirmək olar.
Ən sakit it cinsləri
Basenji
Fransız buldoqu
Kavalier Kinq Çarlz spanieli
Şarpey
Şiba-inu
Qreyhaund