Qərar verildi: UNO-larla bağlı məlumatlar açıqlanacaq
15 sentyabr 2026 02:27 (UTC +04:00)

Qərar verildi: UNO-larla bağlı məlumatlar açıqlanacaq

0

ABŞ Müdafiə Nazirliyi keçmiş və hazırkı əməkdaşlarına uçan naməlum obyektlər (UNO) və naməlum anomal hadisələrlə bağlı araşdırmalar barədə məlumatları açıqlamağa icazə verib.

Lent.az xəbər verir ki, bu barədə Pentaqonun sentyabrın 14-də yaydığı açıqlamada bildirilib.

Sənədə əsasən, Pentaqon rəhbərliyi Prezident Donald Trampın birbaşa göstərişi ilə məxfi məlumatların açıqlanmaması tələblərinə istisna tətbiq edib. Bununla keçmiş və hazırkı əməkdaşların UNO-larla bağlı milli müdafiə məlumatlarını xüsusi prezident açıqlama sisteminin nümayəndələrinə təqdim etməsi üçün qanuni mexanizm yaradılıb.

Açıqlamada vurğulanıb ki, əməkdaşlar bu məlumatları paylaşdıqları üçün təqib olunmaqdan və ya məxfi məlumatlara çıxış imkanlarını itirməkdən narahat olmamalıdırlar.

Qeyd edək ki, Tramp daha əvvəl UNO-lar və ehtimal olunan yadplanetli həyat formaları ilə bağlı hökumət sənədlərinin açıqlanması prosesinin başlanmasını tapşırmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 154

Oxşar yazılar