Xaçmazda qadın intihar edib.
Lent.az xəbər verir ki, hadisə Xaspoladoba kəndində baş verib. Kənd sakini 56 yaşlı Z. Şükürova yaşadığı evin tövləsində özünü asaraq, canına qəsd edib.
Məlumata görə, mərhum uzun müddət mədə-bağırsaq xəstəliyindən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.