Casusluqda ittiham olunan Fransa vətəndaşı Martin Ryan azadlığa buraxılıb.
Lent.az xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı Əfv sərəncamı Lənkərandakı Cəzaçəkmə Müəssisəsində icra olunub.
Qeyd edək ki, Ryan Martin Riçard DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunub. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryana AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi, AR vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.