Astroloq ABŞ-ın gələcək taleyini  proqnozlaşdırdı: Hər şey payızda həll olunacaq
29 iyul 2024 17:58 (UTC +04:00)

Astroloq ABŞ-ın gələcək taleyini proqnozlaşdırdı: Hər şey payızda həll olunacaq

Demokratlar Partiyasının namizədi ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələcək.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bunu məşhur astroloq Rami Blekt deyib.

ABŞ-ı qarşıdakı illərdə nələr gözləyir və seçkilərdə kim qalib gələcək?

Məlumata görə, Blekt hesab edir ki, yaxın 5-7 ildə ABŞ-ın təsiri azalacaq.

Astroloqun sözlərinə görə, ölkənin gələcək taleyi payızda, prezident seçkiləri keçirildiyi zaman həll olunacaq.

“Ulduzlar o qədər də Tramp tərəfdarı deyillər, indi daha çox demokratlar tərəfdarıdırlar”, - Blekt bildirib.

O, Demokratlar Partiyasının namizədinin qalib gəlmə ehtimalının 60 faiz olduğuna aydınlıq gətirib.

Astroloq onu da qeyd edib ki, ABŞ prezidenti postunu qadının tutması ehtimalı yüksəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2847
avatar

Oxşar yazılar