61 yaşlı idmançı Paris Olimpiya Oyunlarında rekord qırdı
30 iyul 2024 19:08 (UTC +04:00)

61 yaşlı idmançı Paris Olimpiya Oyunlarında rekord qırdı

Stolüstü tennislə məşğul olan 61 yaşlı idmançı Ni Xialian Parisdə keçirilən Olimpiya Oyunlarında yaş rekordu vurub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Ni Xialian stolüstü tennis turnirinin ikinci turunda 31 yaşlı türkiyəli atlet Sibel Altınkayanı məğlub edib. Şənbə günü, iyulun 27-də Lüksemburq təmsilçisi Xialian ilə türkiyəli qadın üz-üzə gəlib, onların görüşü 49 dəqiqə davam edib və 4-2 hesabı ilə Ni Xialyanın xeyrinə başa çatıb.

Çindən olan Xialian Olimpiadada qalib gələn ən yaşlı stolüstü tennisçi olub.

Ni altı Yay Olimpiya Oyunlarında iştirak edib. İdmançı həmçinin 1983-cü il Dünya Çempionatında komandada iki qızıl qazanıb. Ni Xialyanın 1998 və 2002-ci illərdə Avropa çempionatında qazandığı üç qızıl medalı var.

Stolüstü tennis üzrə turnirə avqustun 10-da yekun vurulacaq. Ötən gün qadınlar arasında üçüncü yer və final uğrunda görüşlər keçirilib.

Olimpiya Oyunları avqustun 11-də başa çatacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3288
avatar

Oxşar yazılar