Bakıda yaşlı qadına qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polisə müraciət edən 87 yaşlı qadın iyulun 26-da günorta saatlarında Yasamal rayonu ərazisində yaşadığı evin yaxınlığında bir nəfərin ona zor tətbiq edərək içərisində 65 manat pulu və mobil telefonu olan çantasını taladığını bildirib.
Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq, dələduzluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş S.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.