Bakıda oğurluq hadisələri olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polisə müraciət edən Bakı şəhər sakini Nizami rayonu ərazisində yerləşən parkda cibindən mobil telefonunun, içərisində 473 manat pulu və bank kartı olan pulqabısının oğurlandığını, sonradan isə həmin kartından 49 manatının çıxarıldığını bildirib.
Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş N.Əsədullayev müəyyən olunaraq saxlanılıb.
24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə iyulun 25-də bir nəfərin bank kartından 300 manatını oğurlamaqda şübhəli bilinən E.Rəfiyev, rayon ərazisində yerləşən iaşə obyektində bir nəfərin 2000 manat pulunu oğurlamaqda, bir evdən isə 5000 ABŞ dolları və 1200 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 2 qadın da müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.