Akif Nağı
30 iyul 2024 16:53 (UTC +04:00)

Akif Nağı

Akif Nağının Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən namizədliyi təsdiqləndi

Akif Nağının namizədliyi təsdiq olunub.

Lent.az xəbər verir ki, bu barədə Azad Vətən Partiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Azad Vətən Partiyasının sədri Akif Nağının 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsindən 01 sentyabr 2024-cü il növbədənkənar parlament seçkilərinə namizədliyi təsdiq olunub, namizəd vəsiqəsi təqdim edilib.

A. Nağı dairə seçki komissiyasına operativ və obyektiv işinə görə təşəkkürünü bildirib, seçki komandası ilə yola davam edəcəklərini, uğur qazanacaqlarını qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 531
avatar

Oxşar yazılar