“Titul maaşları elmi mühitə böyük zərbə vurur” - Elmlər doktoru
30 iyul 2024 14:45 (UTC +04:00)

“Titul maaşları elmi mühitə böyük zərbə vurur” - Elmlər doktoru

“AMEA-da ənənəvi həqiqi və müxbir üzvlərin seçiləcəyi deyilir. Seçilsinlər, akademiya sistemində çalışanların 80-90 faizini tərəddüdsüz akademik üzv etmək qəbahət deyil. Bir şərtlə ki, onlara üzvlüyə görə əlavə imtiyaz, israfçı maaş və ya aylıqlar verilməsin”.

Lent.az-ın xəbərinə görə, bu fikirlərlə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov öz sosial şəbəkə hesabında diqqət çəkib.

Alim AMEA-da alimlərə maddi əlavələrin titullara görə yox, görülən işə görə verilməsini təklif edib.

“Vəzifə maaşlarından əlavə onlara 1500-2000 manat titul maaşı verilməsi ədalət prinsipini və tarazılığı pozur. Qeyri-bərabər, müftə titul maaşları elmi mühitə böyük zərbə vurur, etik və mənəvi-əxlaqi prinsipləri korlayır. 

Alimə maddi əlavələr yalnız gördüyü işə görə verilməlidir! Təsəvvür edin, ziyanlı bir elmlər doktorunun aylığı 3000-5000, hətta lap iri akademiklərinki 10 000-15 000 min manata çıxırsa, canını fəda edib iş ortaya qoyan, ölkə üçün, cəmiyyət üçün faydalı olan həqiqi alim 300-500 manatla lağa qoyulur. Təkrar edirəm, maddi əlavələr, mükafatlar titula görə yox, konkret işə görə verilməlidir”,- deyə o bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3312
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar