Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Xocalı soyqırımı ilə bağlı Tvitter hesabında paylaşım edibpaylaşım edib.
Lent.az-ın xəbərinə görə, paylaşımda deyilir:
Azərbaycanlı qardaşlarımızın 31 il əvvəl Xocalıda qətl edilməsini lənətləyir, şəhidlərimizi rəhmətlə yad edirik. Xocalıdakı insanlıq əleyhinə cinayəti unutmadıq, unutmayacağıq.
Can Azərbaycanın dərdi bizim dərdimizdir.