ABŞ prezidenti Co Bayden "qaranlıq pərdəsi altında" Ukraynaya uçub. Onun təyyarəsi bazar günü yerli vaxtla saat 4:15-də ABŞ-dakı Endryus Hərbi Hava Qüvvələri bazasından yola düşüb. Gizli səfər etmək üçün siyasətçi həyat yoldaşı ilə şam yeməyi edib, bundan sonra yoxa çıxıb.
Lent.az bildirir ki, səfərin təfərrüatlarını CNN mənbələrə istinadən açıqlayıb.
Baydenin ictimai cədvəlində belə planları qeyd edilməyib və Ağ ev rəsmiləri dəfələrlə Kiyevə səfər ehtimalını təkzib ediblər.
Bu yolçuluqda Baydeni milli təhlükəsizlik müşaviri Ceyk Sullivan və prezidentin şəxsi köməkçisi Enni Tomasini də daxil olmaqla məhdud sayda məmur müşayiət edib.