Azərbaycanda  nazir və müavini   işdən çıxarıldı
28 fevral 2023 21:15 (UTC +04:00)

Azərbaycanda nazir və müavini işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini sərəncam imzalayıb.

Sərəncama əsasən Bəhruz Surxay oğlu Bayramov Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib.

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Xəyalə Xalıqverdi qızı Dadaşovaya verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini digər sərəncamı ilə Fikrət Əyyub oğlu Həsənov Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6840
avatar

Oxşar yazılar