Milli Şuradan daha bir istefa
11 iyun 2020 13:14 (UTC +04:00)

Milli Şuradan daha bir istefa


“Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı”nın sədri Rövşən Əhmədli Milli Şuradan çıxıb.

APA xəbər verir ki, bu barədə R. Əhmədli özünün “facebook” səhifəsində məlumat yayıb.

O bildirib ki, son zamanlarda Milli Şuranın Koordinasiya Mərkəzində baş verən arzuolunmaz hadisələr, sosial şəbəkələrdə geniş müzakirə olunan mübahisəli məqamlar, ictimaiyyətin, vətəndaş cəmiyyətinin müxtəlif təbəqələrinin bu hadisələrə münasibəti onu dərindən narahat edib.

"Milli Şurada baş verənlərə görə hədsiz dərəcədə üzgünəm. Milli Şurada qalmağı mümkünsüz , faydasız hesab edir və acı təəssüf hissi ilə bu gündən Milli Şuranı tərk edirəm. Milli Şuranı tək etsəm də, demokratik, hüquqi dövlət quruculuğu uğrunda mübarizəmiz davam edir və bu mübarizədə hamıya uğurlar diləyirəm”, - deyə R. Əhmədli qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl Eldəniz Quliyev, Rafiq Manaflı və Namizəd Səfəron da Milli Şuradan istefa verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2590
avatar

Oxşar yazılar