İrandan Qarabağ münaqişəsinin həll ilə bağlı LAYİHƏ
27 oktyabr 2020 18:24 (UTC +04:00)

İrandan Qarabağ münaqişəsinin həll ilə bağlı LAYİHƏ

"İranın Dağlıq Qarabağ münaqişəsinin daimi həlli üçün hazırladığı layihə bu gün və ya sabah təqdim olunacaq".  

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ölkə parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasında Dağlıq Qarabağla bağlı keçirilən müzakirələrdə  deyib.

XİN başçısı bildirib ki, onun müavini Azərbaycan-Ermənistan münaqişə bölgəsinə baxış üçün Şərqi Azərbaycan əyalətinə səfər edib, Xudafərin səddinə baxış keçirir və o, daha sonra Bakı, Moskva, İrəvan və Ankaraya səfər edəcək.

Cavad Zərif qeyd edib ki, ölkə rəsmiləri tərəfindən təsdiqlənən layihə haqda Bakı, Moskva, İrəvan və Ankarada danışıqlar aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 715
avatar

Oxşar yazılar