Türkiyə XİN: Sərkisyan məsuliyyətsizdir
27 iyul 2011 10:20 (UTC +04:00)

Türkiyə XİN: Sərkisyan məsuliyyətsizdir

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan prezidenti Serj Sərkisyanı iyulun 26-da erməni dili və ədəbiyyatı ilə bağlı yarışmada bir tələbənin sualına verdiyi cavaba görə qınayıb. Lent.az-ın haberturk.com saytına istinadən verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, dövlət adamlarının əsl vəzifələri xalqlarını, xüsusilə gəncləri sülh, sabitlik və rifaha əsaslanan bir gələcək üçün hazırlamaqdır.
Türkiyə XİN vurğulayıb ki, bunun əksinə hərəkət etmək, xalqlar arasında düşmənçilik və nifrət ideologiyasını təhrik edəcək şəkildə gənclərə nəsihət vermək məsuliyyətsiz bir davranışdır: “Bölgədə sülhün bərqərar olması istiqamətdə səylərin artdığı bir dönəmdə Serj Sərkisyanın dilə gətirdiyi ifadələr sülh üçün çalışmaq niyyəti olmadığına işarə edir. Bölgədə sülh və rifah üçün səy göstərən hər kəsin Serj Sərkisyanın yersiz ifadələrindən gərəkən nəticələri çıxaracağına inanırıq”.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan erməni dili və ədəbiyyatı ilə bağlı yarışmada bir tələbənin ona ünvanladığı suala cavab olaraq ermənilərin Türkiyəyə qarşı torpaq iddiaları olduğunu açıq şəkildə dilə gətirib. Tələbə Serj Sərkisyandan “Qərbdəki torpaqları Ağrı dağı ilə birlikdə geri ala biləcəklərmi?” deyə soruşub. Serj Sərkisyan isə bunun gənc nəsildən asılı olduğunu vurğulayıb: “Qərbdəki torpaqları Ağrı dağı ilə birlikdə geri almaq sizdən asılıdır. Bizim nəsil üzərinə düşən vəzifəni uğurla yerinə yetirdi, Qarabağı düşməndən aldıq. Sizin də gələcəkdə bizim kimi vəzifənizi yerinə yetirib-yetirməyəcəyiniz birlik və bərabərliyinizlə bağlıdır. Ancaq onu da qeyd edim ki, bu gün dünyada ölkələrin etibarı əraziləri ilə ölçülmür. Ermənistan modern, təhlükəsiz və iqtisadi baxımdan uğur qazanan bir ölkə olsa, etibarı da o qədər yüksək olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 478

Oxşar yazılar