Prezident İlham Əliyev AŞ PA-nın nümayəndə heyətini qəbul edib
Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, görüşdə dövlət başçısı bildirib ki, bu, Azərbaycan-AŞ PA münasibətlərinə aid ciddi məsələləri müzakirə etmək fürsətidir. Prezident Azərbaycan ilə Avropa strukturları arasında olan münasibətlərin inkişaf etdiyini və Avropa İttifaqının təsisatları ilə Azərbaycan arasında olan təmasların dinamik olduğunu xatırladıq.
Qurumun sədri Barrozunun Azərbaycana səfərini də qeyd edən ölkə başçısı bildirib ki, bu görüşlərdə gələcək üçün məqsədlər müəyyən edilib.
Azərbaycanla Avropa təsisatları arasında əməkdaşlığın müxtəlif formatlarda inkişaf etdiyini qeyd edən prezident qonaqların bu səfərinin Azərbaycanı daha yaxşı tanımaq, ölkəni real şəkildə görmək üçün çox yaxşı fürsət olduğunu söyləyib. İlham Əliyev bildirib ki, Azərbaycan bütün Avropa təsisatları ilə əlaqələrini siyasi partiyalar formatında, Avropa Parlamenti-Azərbaycan, Avropa Şurası-Azərbaycan səviyyəsində inkişaf etdirməlidir.
NATO tərəfdaşı kimi, Azərbaycanın nəinki öz hərbçiləri ilə, o cümlədən daşıma marşrutları ilə Əfqanıstanda sülhməramlı əməliyyatlara töhfə verdiyini xatırladan dövlət başçısı bu daşımaların dörddə bir hissəsindən çoxunun Azərbaycan vasitəsilə həyata keçirildiyini vurğulayıb.
Dövlət başçısı görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs edərək, bildirib ki, beynəlxalq təşkilatlar bu münaqişə ilə bağlı qərar və qətnamələr qəbul edib. Ən ali beynəlxalq orqan – BMT-nin Təhlükəsizlik Şurası erməni qüvvələrinin çıxarılmasını tələb edən 4, Avropa Şurası, Avropa Parlamenti və ATƏT-də məsələ ilə bağlı qərar və qətnamələr qəbul ediblər, lakin problem hələ də öz həllini tapmır.
Görüşdə Avropa Şurası Parlament Assambleyasının nümayəndələri ilə fikir mübadiləsi aparılıb.

495