Azərbaycan prezidenti Britaniya və Şimali İrlandiyanın səfirini qəbul edib
06 iyul 2011 17:37 (UTC +04:00)

Azərbaycan prezidenti Britaniya və Şimali İrlandiyanın səfirini qəbul edib

0
Lent.az-ın “AzərTAc”a istinadla xəbərinə görə, dövlət başçısı xanım səfirin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. İki ölkə arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə britaniyalı diplomata təşəkkürünü bildirən prezident İlham Əliyev gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

K. Braun Azərbaycandakı diplomatik fəaliyyətindən məmnunluğunu bildirib. O, ölkəmizdəki fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Karolin Braun ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 520

Oxşar yazılar